8 ayda yeni nəsil NKA ilə 20,4 milyard manatlıq dövriyyə qeydə alınıb

8 ayda yeni nəsil NKA ilə 20,4 milyard manatlıq

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqini genişləndirir.

DVX-dən AZƏRTAC-a bildirilib ki, indiyədək ölkə üzrə 116 min 55 yeni nəsil NKA quraşdırılıb. Bu aparatların tətbiqi hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və təsərrüfat subyektlərinin dövriyyəsinə nəzarətin gücləndirilməsinə imkan yaradıb.

2026-cı ilin yanvar-avqust aylarında yeni nəsil NKA-lar vasitəsilə 20 milyard 424,1 milyon manatlıq dövriyyə qeydə alınıb. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 2 milyard 638,9 milyon manat və ya 14,8 faiz çoxdur.