Ölkədə aktiv vergi ödəyicilərinin sayı 895 mini ötüb

Ölkədə aktiv vergi ödəyicilərinin sayı

2026-cı il sentyabrın 1-nə Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 4,2% artaraq 895 min 263-ə çatıb.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) AZƏRTAC-a verdiyi məlumata görə, eyni dövrdə aktiv ƏDV ödəyicilərinin sayı 6,3% artaraq 62 min 104 təşkil edib.

Hesabat dövründə ölkədə fəaliyyət göstərən aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı da artım nümayiş etdirib. Belə ki, sentyabrın 1-nə onların sayı ilin əvvəli ilə müqayisədə 5,5% artaraq 245 min 650-yə yüksəlib.

Rəqəmlər ölkədə sahibkarlıq fəaliyyətinin genişlənməsini, vergi uçotunda aktivliyin artmasını və iqtisadi subyektlərin sayında müsbət dinamikanın davam etdiyini göstərir.