“AzərEnerji”nin ixrac gəlirləri 87,5 faiz artıb

“AzərEnerji”nin ixrac gəlirləri

2026-cı ilin yanvar-iyul aylarında “AzərEnerji” ASC 7,5 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 3,5 milyon dollar və ya 87,5% çoxdur.

AZƏRTAC xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın avqust sayında bildirilib.

2025-ci ilin yanvar-iyul aylarında “AzərEnerji”nin ixrac gəlirləri 4 milyon dollar təşkil edib.