Bazar dəyərinə görə dünyanın ən böyük neft-qaz şirkətləri açıqlanıb

Bazar dəyərinə görə dünyanın ən böyük

Bazar dəyərinə görə dünyanın ən böyük neft və qaz şirkəti “Saudi Aramco”dur.

“CompaniesMarketCap”ın məlumatına görə, Səudiyyə Ərəbistanının şirkətinin bazar kapitallaşması 1,72 trilyon dollar təşkil edir.

Reytinqdə ikinci yeri 685,2 milyard dollarla ABŞ-ın “Exxon Mobil” şirkəti tutur. “Chevron” isə 403,1 milyard dollarlıq bazar dəyəri ilə üçüncü sıradadır.

İlk onluqda yer alan şirkətlər və onların bazar dəyərləri belədir:

  1. “Saudi Aramco” (Səudiyyə Ərəbistanı) – 1,72 trilyon dollar
  2. “Exxon Mobil” (ABŞ) – 685,2 milyard dollar
  3. “Chevron” (ABŞ) – 403,1 milyard dollar
  4. “Shell” (Böyük Britaniya) – 257,2 milyard dollar
  5. “PetroChina” (Çin) – 232,6 milyard dollar
  6. “TotalEnergies” (Fransa) – 201,7 milyard dollar
  7. “ConocoPhillips” (ABŞ) – 156,6 milyard dollar
  8. “CNOOC” (Çin) – 148,3 milyard dollar
  9. “Petrobras” (Braziliya) – 121,5 milyard dollar
  10. “BP” (Böyük Britaniya) – 113 milyard dollar

ABŞ siyahıda üç şirkətlə ən çox təmsil olunan ölkədir. “Saudi Aramco” isə 1,72 trilyon dollarlıq bazar kapitallaşması ilə ilk onluqda yer alan yeganə trilyon dollarlıq neft-qaz şirkətidir.

MONETAR.AZ