Meksika Mərkəzi Bankı 2026-cı il üzrə artım proqnozunu yüksəldib

Meksika Mərkəzi Bankı 2026-cı il üzrə artım

Meksika Mərkəzi Bankı (Banxico) 2026-cı il üçün iqtisadi artım proqnozunu əvvəlki 1,1%-dən 1,5%-ə yüksəldib. Eyni zamanda, inflyasiyanın 3%-lik hədəfə qayıtması ilə bağlı gözləntisini daha sonrakı dövrə keçirib.

Tənzimləyici indi ümumi inflyasiyanın 3%-lik hədəf səviyyəsinə 2027-ci ilin dördüncü rübündə çatacağını gözləyir. Əvvəlki proqnozda bu göstəricinin 2027-ci ilin ikinci rübündə hədəfə qayıdacağı bildirilirdi.

Banxico 2026-cı ilin dördüncü rübü üçün baza inflyasiyası proqnozunu da 3,4%-dən 3,5%-ə yüksəldib.

Son məlumatlara görə, avqustun ilk yarısında Meksikada illik inflyasiya 3,26%, baza inflyasiyası isə 3,93% təşkil edib.

2027-ci il üçün iqtisadi artım proqnozu isə 2,1%-dən 2,0%-ə endirilib.

MONETAR.AZ