Dollar indeksi 99 səviyyəsinə geriləyib

Dollar indeksi 99 səviyyəsinə

ABŞ dollarının əsas valyutalara qarşı məzənnəsini ölçən dollar indeksi (DXY) cümə axşamı günü 99 səviyyəsinə qədər geriləyib. Beləliklə, indeks sessiya ərzində qeydə alınan 99,5 bəndlik maksimumdan geri çəkilib.

Bazarlarda dolların zəifləməsinə səbəb kimi ABŞ və İran arasında atəşkəsin uzadılması ilə bağlı əldə olunan razılıq göstərilir. “Axios” nəşrinin yaydığı məlumata görə, razılaşmanın qüvvəyə minməsi üçün ABŞ Prezidenti Donald Trampın təsdiqi gözlənilir.

Dollar üzərində təzyiqə səbəb olan digər amil isə ABŞ-də açıqlanan son şəxsi istehlak xərcləri (PCE) inflyasiya göstəriciləri olub. Məlumata əsasən, ümumi PCE aylıq ifadədə 0,4 faiz, baza PCE isə 0,2 faiz artıb. Buna baxmayaraq, illik inflyasiya göstəriciləri hələ də Federal Ehtiyat Sisteminin hədəfindən yüksək qalır. Ümumi inflyasiya 3,8 faiz, baza inflyasiya isə 3,3 faiz təşkil edib.

Analitiklər bildirirlər ki, açıqlanan məlumatlar enerji qiymətlərindəki son artımın inflyasiyaya təsirinin gözlənildiyi qədər güclü olmayacağı ilə bağlı narahatlıqları müəyyən qədər azaldıb.

Bununla belə, bazarlarda qeyri-müəyyənliyin davam etdiyi vurğulanır. İnvestorlar Yaxın Şərqdə vəziyyətin tam sabitləşməsi və Hörmüz boğazında daşımaların tam bərpa olunması ilə bağlı rəsmi təsdiqləri gözləyirlər. Ekspertlərin fikrincə, geosiyasi risklər və qarışıq iqtisadi siqnallar yaxın müddətdə valyuta bazarlarında yüksək dəyişkənliyi qoruyub saxlaya bilər.

MONETAR.AZ