8 ayda “Azərbaycan Dəmir Yolları” QSC yükdaşımaları artırıb

8 ayda “Azərbaycan Dəmir Yolları” QSC

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) 2026-cı ilin yanvar-avqust aylarında 12 milyon tondan çox yük daşıyıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 9 faiz artım deməkdir.

Monetar.az ADY-nin verdiyi məlumata istinadən bildirir ki, hesabat dövründə tranzit yükdaşımaların həcmi 5 milyon tona çatıb. Bununla da tranzit daşımalar illik müqayisədə 12 faiz artıb.

Tranzit yükdaşımalar üzrə artım əsas beynəlxalq nəqliyyat dəhlizlərində də özünü göstərib. Belə ki, Şərq-Qərb dəhlizi üzrə tranzit daşımaların həcmi 17 faiz, Şimal-Cənub istiqamətində isə 24 faiz yüksəlib.

Məlumata görə, avqust aylarının müqayisəsində də dəmir yolu ilə yükdaşımaların dinamikasında nəzərəçarpan artım qeydə alınıb. Belə ki, ötən ilin avqustu ilə müqayisədə ümumi yükdaşıma həcmi 32 faiz, tranzit daşımalar isə 40 faiz artıb.