Bu gündən Bakı metrosunda intervallar azaldılacaq

Bu gündən Bakı metrosunda

Sentyabrın 15-dən etibarən Bakı metrosunda bəzi istiqamətlər üzrə qatarlararası intervallar azaldılacaq.

Monetar.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.

Texniki optimallaşdırma tədbirləri, monitorinqlər və sınaqlar nəticəsində qatarlararası intervallar minimuma endiriləcək.

Qırmızı xətt üzrə “İçərişəhər–Əhmədli” istiqamətində pik saatlarda qatarlar 2 dəqiqəlik intervalla hərəkət edəcək.

Yaşıl xətt üzrə zərurət yarandıqda interval 3 dəqiqə 30 saniyədən 3 dəqiqəyə qədər azaldılacaq.

Bənövşəyi xətt üzrə isə payız-qış qrafikinə uyğun olaraq “Avtovağzal–8 Noyabr” sahəsində 5 dəqiqə, “Xocəsən–Avtovağzal” sahəsində 10 dəqiqəlik interval tətbiq olunacaq.

Yeni tədris ili ərzində bütün xətlər üzrə sərnişin axını nəzarətdə saxlanılacaq və ehtiyac yarandıqda qatarların hərəkət qrafikinə əlavə dəyişikliklər ediləcək.