Paytaxt yollarında “Yaşıl dalğa” rejimi tətbiq edilir

Paytaxt yollarında “Yaşıl dalğa” rejimi

Yeni tədris ilinin başlaması ilə əlaqədar paytaxt yollarında nəqliyyatın hərəkət intensivliyinin artırılması məqsədilə səhər saatlarından etibarən Bakının 18 küçə və prospektində “Yaşıl dalğa” rejimi tətbiq olunur.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) AZƏRTAC-a bildirilib ki, Daxili İşlər Nazirliyinin NİİM və yol polisi əməkdaşları ilə birgə paytaxt yollarında hərəkəti nəzarətdə saxlanılır. Süni sıxlığın yaranmasına səbəb olan hallar müəyyən edildikdə, onların aradan qaldırılması üçün operativ tədbirlər görülür.

“Yaşıl dalğa” rejiminin tətbiq olunduğu küçə və prospektlər aşağıdakılardır:

  1. Rəşid Behbudov küçəsi
  2. Mikayıl Müşfiq küçəsi
  3. 28 May küçəsi
  4. Bülbül prospekti
  5. Yusif Səfərov küçəsi
  6. Məhəmməd Füzuli küçəsi
  7. Akademik Həsən Əliyev küçəsi
  8. Əhməd bəy Ağaoğlu küçəsi
  9. Şah İsmayıl Xətai prospekti
  10. Fətəli xan Xoyski prospekti
  11. Atatürk prospekti
  12. Üzeyir Hacıbəyli küçəsi
  13. Azadlıq prospekti
  14. Əbdüləzəl Dəmirçizadə küçəsi
  15. Əsəd Əhmədov küçəsi
  16. Abbas Mirzə Şərifzadə küçəsi
  17. Qara Qarayev prospekti
  18. 8 Noyabr prospekti