2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda avtomobil nəqliyyatı ilə sərnişin dövriyyəsi artıb. Bu artım həm avtobus, həm də taksi daşımalarında müşahidə olunub.
Monetar.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, hesabat dövründə taksi nəqliyyatı üzrə sərnişin dövriyyəsi 2 milyard 399 milyon sərnişin-kilometr təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10% çoxdur.
Avtobus nəqliyyatında sərnişin dövriyyəsi isə 22 milyard 853,3 milyon sərnişin-kilometrə çatıb. İllik artım 11% təşkil edib.
