Planlaşdırılmış uçuşların sayına görə dünyanın ən böyük aviaşirkəti American Airlines olub.
Monetar.az xəbər verir ki, OAG-nin “Takeoff Airlines Ranking Report 2025” hesabatına əsasən, American Airlines il ərzində 2 milyon 177 min 424 birtərəfli planlaşdırılmış uçuş həyata keçirib.
İlk dörd pilləni ABŞ aviaşirkətləri tutub. İkinci yerdə 1 milyon 713 min 537 uçuşla Delta Air Lines, üçüncü yerdə 1 milyon 618 min 842 uçuşla United Airlines, dördüncü yerdə isə 1 milyon 452 min 219 uçuşla Southwest Airlines qərarlaşıb.
İrlandiyanın Ryanair şirkəti 1 milyon 98 min 831 uçuşla ABŞ-dan kənarda ən yüksək nəticə göstərən aviaşirkət olub və reytinqdə beşinci yeri tutub.
- American Airlines – 2 177 424 uçuş
- Delta Air Lines – 1 713 537
- United Airlines – 1 618 842
- Southwest Airlines – 1 452 219
- Ryanair – 1 098 831
- China Eastern Airlines – 872 723
- China Southern Airlines – 828 452
- IndiGo – 749 156
- Air China – 622 505
- easyJet – 569 588
ABŞ aviaşirkətləri reytinqdə üstünlük təşkil edir. Siyahıda yer alan 6 ABŞ daşıyıcısı birlikdə 7,7 milyona yaxın planlaşdırılmış uçuş həyata keçirib.
American Airlines-in yüksək göstəricisi əsasən ABŞ daxilindəki geniş şəbəkəsi ilə bağlıdır. OAG məlumatlarına görə, şirkətin 2024-cü il üzrə tutumunun 82,6 faizi daxili reyslərin payına düşüb.
Avropada aşağıbüdcəli aviaşirkətlər arasında Ryanair liderdir. Şirkət 1,1 milyona yaxın uçuşla ikinci Avropa təmsilçisi easyJet-i təxminən iki dəfə qabaqlayıb. Yüksək təyyarə istifadəsi, qısa yerüstü dayanacaqlar və birbaşa marşrutlar aşağıbüdcəli modelin əsas üstünlükləri hesab olunur.
Asiya aviaşirkətləri də ilk 10-luqda geniş təmsil olunub. China Eastern, China Southern, Hindistanın IndiGo və Air China qlobal reytinqdə ilk doqquzluqda yer alıb.
İndiGo 2024-cü ildə uçuş tezliyini illik müqayisədə 9,7 faiz artıraraq ilk 20-likdə ən yüksək artım tempini göstərib. Air China-da isə bu göstərici 8,1 faiz olub.