2026-cı ilin yanvar-iyul aylarında Azərbaycanda 220 avtobus istehsal edilib. Monetar.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 64,2 faiz çoxdur.
Hesabat dövründə 1 881 ədəd minik avtomobili istehsal olunub. Bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 17,9 faiz azdır.
Yük avtomobillərinin istehsalı isə 2,7 dəfə artıb. Yanvar-iyul aylarında 511 yük avtomobili istehsal edilib.
Maşın və avadanlıqların istehsalı sahəsində 3 526 ədəd nasos istehsal olunub. Bu, illik müqayisədə 37,2 faiz azalma deməkdir. Onlardan 2 653 ədədi ştanqlı quyu nasosları olub və bu məhsul üzrə istehsal 17,6 faiz azalıb.
Kran, qapaq və klapanların istehsalı 46,4 ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünün 20,2 dəfə artıb.
Traktor istehsalı isə 298 ədəd olub. Bu göstərici illik müqayisədə 3,6 faiz azdır.
1 avqust 2026-cı il vəziyyətinə sənaye müəssisələrinin anbarlarında 362 ədəd nasos, 313 ədəd ştanqlı quyu nasosu, 72,1 ton kran, qapaq və klapan, 128 minik avtomobili, 40 yük avtomobili və 28 avtobus hazır məhsul ehtiyatı olub.