Ferrarinin ilk elektrikli superkarı 40 milyon dollara satılıb

Ferrarinin ilk elektrikli superkarı

“Ferrari” şirkətinin ilk elektrikli superkarı “Luce” ABŞ-da keçirilən hərracda rekord qiymətə satılıb.

Monetar.az xəbər verir ki, avtomobil “Sotheby’s” hərracında 40 milyon dollara alıcı tapıb. Hərrac ABŞ-ın Monterrey şəhərində keçirilib.

Bununla da “Ferrari Luce” markanın ən bahalı satılan avtomobili olub. Bundan əvvəl rekord 2025-ci ildə 26 milyon dollara satılan xüsusi hazırlanmış “Ferrari Daytona SP3” modelinə məxsus idi.

“Ferrari Luce” yalnız bir ədəd istehsal olunub. Avtomobil şirkətin daxiliyanma mühərrikli ənənəvi modellərdən elektrikli avtomobillərə keçidinin də göstəricisi hesab olunur.

Superkarın mühərrik gücü 1 000 at gücündən çoxdur. Bununla belə, model elektrikli avtomobillər arasında ən yüksək sürət göstəricisinə malik deyil.

“Ferrari Luce”nin rekord qiymətə satılması avtomobil kolleksiyaçılarının unikal və məhdud sayda istehsal olunan modellərə marağının yüksək olaraq qaldığını göstərir.