Bakıda 2, 10, 20 və 88A nömrəli müntəzəm avtobus marşrutlarının bəzi aralıq dayanacaq məntəqələrinin yeri dəyişdirilib.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, dəyişiklik M1, M2 və M3 nömrəli ekspres marşrutların "28 May" Nəqliyyat Mübadilə Mərkəzi ərazisində təhlükəsiz hərəkətinin təmin edilməsi və avtobus sıxlığının azaldılması məqsədilə həyata keçirilib.
Dəyişikliklərə əsasən:
- 2 nömrəli marşrut
- Metronun "Dərnəgül" stansiyası istiqamətində – Puşkin küçəsi, Muğan bağının qarşısı;
- Bakı Beynəlxalq Avtovağzal Kompleksi istiqamətində – Puşkin küçəsi, Səməd Vurğun bağının qarşısı.
- 10 nömrəli marşrut
- Bakı Ağ Şəhər istiqamətində – Puşkin küçəsi, Muğan bağının qarşısı.
- 20 nömrəli marşrut
- Qaraçuxur qəsəbəsi istiqamətində – Puşkin küçəsi, Muğan bağının qarşısı.
- 88A nömrəli marşrut
- Bakı Ağ Şəhər istiqamətində – Puşkin küçəsi, Muğan bağının qarşısı;
- Metronun "Azadlıq prospekti" stansiyası istiqamətində – Puşkin küçəsi, Səməd Vurğun bağının qarşısı.