Misin qiyməti düşür: Çin statistikası bazara təzyiq göstərir

Misin qiyməti düşür: Çin statistikası

London Metal Birjasında misin qiyməti ucuzlaşmaqda davam edir. Metalın bir tonunun dəyəri 0,74% azalaraq 13 263,98 dollara enib və son dörd aydan artıq müddətin ən aşağı səviyyəsinə çatıb.

Bloomberg xəbər verir ki, texnologiya sektorunda səhmlərin satışa çıxarılması və Çindən gələn zəif iqtisadi göstəricilər misin qiymətinə təzyiq göstərir. Beləliklə, metal artıq ardıcıl üçüncü ticarət günüdür ucuzlaşır.

Çində oktyabr ayı üzrə açıqlanan statistik məlumatlar istehlak və sənaye istehsalının proqnozlardan geri qaldığını, investisiyaların isə gözlənilmədən azaldığını göstərib. Bu göstəricilər dünyanın ən böyük metal istehlakçılarından biri olan Çində tələbatın zəifləməsi ilə bağlı narahatlıqları artırıb.

Bununla yanaşı, ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcələrini daha da artıracağına dair gözləntilər də bazarda mənfi əhval-ruhiyyəni gücləndirir. Daha sərt pul siyasəti dolların möhkəmlənməsi və sənaye metallarına investisiya marağının azalması riskini artırır.

Treyderlər eyni zamanda qalay bazarındakı vəziyyəti də diqqətlə izləyirlər. Birja ehtiyatlarının azalması fonunda spot qiymətlərin kəskin yüksəlməsi bu bazarda təklif sıxlığına, başqa sözlə, skvizə səbəb olub.

MONETAR.AZ