Proqnoz:"Azərbaycan 2026-cı ildə neft hasilatını sabit səviyyədə saxlayacaq"

Proqnoz:"Azərbaycan 2026-cı ildə neft hasilatını

ABŞ Energetika Nazirliyinə bağlı Energy Information Administration (EIA) Azərbaycanın 2026-cı il üzrə orta illik neft hasilatı ilə bağlı proqnozunu dəyişməyib. Bu, qurumun Short-Term Energy Outlook (STEO) adlı beynəlxalq proqnoz hesabatında əks olunub.

EIA-nın proqnozuna görə, 2026-cı ildə Azərbaycanda gündəlik orta neft hasilatı təxminən 0,54 milyon barel (yəni 540 min barel/gün) təşkil edəcək ki, bu da əvvəlki qiymətləndirmələrlə demək olar ki, üst-üstə düşür.

Rüblər üzrə isə fərqli dinamika gözlənilir: birinci rübdə hasilatın illik orta səviyyədən bir qədər yüksək olacağı, ikinci rübdə təxminən 0,54 milyon barel/gün səviyyəsində qalacağı, üçüncü və dördüncü rüblərdə isə təxminən 0,53 milyon barel/günə qədər azalacağı proqnozlaşdırılır.

Bu proqnoz qlobal tələbat və neft qiymətlərindəki dalğalanmalara baxmayaraq, Azərbaycanın neft hasilatının ötən illə müqayisədə sabit qalacağı gözləntilərini əks etdirir.