2026-cı ildə ölkələr üzrə  inflyasiya proqnozları

2026-cı ildə ölkələr üzrə 

2026-cı ildə dünya ölkələrində inflyasiya göstəriciləri arasında kəskin fərq gözlənilir. Ən yüksək orta illik istehlak qiymətləri inflyasiyasının Venesuelada 387,4%, ən aşağı göstəricinin isə Kosta-Rikada -0,4% olacağı proqnozlaşdırılır.

Monetar.az xəbər verir ki, Beynəlxalq Valyuta Fondunun (BVF) 2026-cı ilin aprelində açıqladığı “World Economic Outlook” hesabatına əsasən, Venesueladan sonra ən yüksək inflyasiya Sudanda 75,1%, İranda 68,9%, Argentinada 30,4% və Türkiyədə 28,6% olacaq.

Digər yüksək inflyasiya göstəriciləri Yəməndə 26,5%, Malavidə 24,4% və Haitidə 23,5% səviyyəsində proqnozlaşdırılır.

Ən aşağı göstəricilər isə Kosta-Rikada -0,4%, Nigerdə 0,4%, Çad, İsveçrə və Lixtenşteyndə 0,5%, Tailandda 0,9% və Çində 1,2% təşkil edir.

2026-cı il üzrə inflyasiya proqnozları

  • Venesuela – 387,4%

  • Sudan – 75,1%

  • İran – 68,9%

  • Argentina – 30,4%

  • Türkiyə – 28,6%

  • Yəmən – 26,5%

  • Malavi – 24,4%

  • Haiti – 23,5%

  • Çin – 1,2%

  • Tailand – 0,9%

  • Çad – 0,5%

  • İsveçrə – 0,5%

  • Lixtenşteyn – 0,5%

  • Niger – 0,4%

  • Kosta-Rika – -0,4%

Qeyd edək ki, bu göstəricilər orta illik istehlak qiymətləri inflyasiyasına dair proqnozlardır. Bu, konkret məhsulların qiymətinin eyni faizlə artacağı və ya azalacağı anlamına gəlmir.

İnflyasiya istehlak səbətindəki məhsul və xidmətlərin qiymətlərinin ümumi dəyişimini ölçür. Valyuta məzənnəsi, əməkhaqqı, vergilər, idxaldan asılılıq, logistika xərcləri və daxili təklif kimi amillər qiymətlərin ölkələr üzrə fərqli dəyişməsinə təsir edir.

Bu səbəbdən eyni məhsul müxtəlif ölkələrdə tamamilə fərqli qiymət dinamikası ilə üzləşə bilər. Yüksək inflyasiyanın olduğu iqtisadiyyatlarda isə şirkətlər üçün qiymətlərin daha tez-tez yenilənməsi, ehtiyatların idarə olunması və pul vəsaitlərinin dəyər itirməsinin nəzərə alınması daha vacib olur.