Danimarka vergi gəlirlərinin ÜDM-də payına görə dünyada ilk sırada qərarlaşıb. 2024-cü ildə ölkədə vergi gəlirləri ÜDM-in 45,3%-nə bərabər olub.
Monetar.az xəbər verir ki, Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatları əsasında hazırlanan siyahıda ölkələrin vergi gəlirlərinin ÜDM-ə nisbəti müqayisə edilib.
Vergi gəlirlərinin ÜDM-də payının ən yüksək olduğu 20 ölkə:
-
Danimarka – 45,3%
-
Bolqarıstan – 38,8%
-
İsveç – 38,7%
-
Namibiya – 35,3%
-
İslandiya – 33,4%
-
Yeni Zelandiya – 32,6%
-
Norveç – 31,3%
-
Esvatini – 30,7%
-
Lüksemburq – 30,7%
-
Finlandiya – 30,4%
-
İtaliya – 29,6%
-
Belçika – 29,6%
-
Kanada – 29,5%
-
Avstraliya – 29,4%
-
Monteneqro – 29,0%
-
Fransa – 28,7%
-
Böyük Britaniya – 28,5%
-
Avstriya – 28,3%
-
Yunanıstan – 27,8%
-
Barbados – 27,8%
ABŞ-da isə vergi gəlirlərinin ÜDM-də payı 19,5% təşkil edib. Bu göstərici Danimarkadakı səviyyədən iki dəfədən çox aşağıdır.
Vergi gəlirlərinin ÜDM-də payının ən aşağı olduğu 20 ölkə:
-
Liviya – 1,2%
-
Küveyt – 1,4%
-
İraq – 1,7%
-
Yəmən – 2,0%
-
Sudan – 2,0%
-
Somali – 2,2%
-
Nigeriya – 3,4%
-
Qətər – 3,8%
-
Bəhreyn – 4,4%
-
Oman – 4,5%
-
Cənubi Sudan – 4,8%
-
Haiti – 5,0%
-
İran – 5,2%
-
Ekvatorial Qvineya – 5,5%
-
Anqola – 5,6%
-
Myanma – 5,6%
-
Bruney – 6,1%
-
Efiopiya – 6,2%
-
Syerra-Leone – 6,4%
-
Panama – 6,7%
Məlumata görə, neftlə zəngin ölkələrdə dövlət gəlirlərinin əhəmiyyətli hissəsinin təbii ehtiyatlardan əldə edilməsi vergi gəlirlərinin ÜDM-də payının aşağı olmasının əsas səbəblərindən biridir.
Məsələn, Küveytdə vergi gəlirləri ÜDM-in cəmi 1,4%-ni, Qətərdə 3,8%-ni, Bəhreyndə 4,4%-ni, Omanda isə 4,5%-ni təşkil edir.