Sənayedə robotlaşma: Cənubi Koreya dünyada liderdir

Sənayedə robotlaşma:

Cənubi Koreya sənayedə robotların işçi qüvvəsinə nisbətinə görə dünyada ilk sıradadır. Ölkədə hər 10 min istehsalat işçisinə 1 220 sənaye robotu düşüb.

Monetar.az xəbər verir ki, Beynəlxalq Robototexnika Federasiyasının (IFR) məlumatları əsasında hazırladığı reytinqdə 22 ölkə və iqtisadiyyat müqayisə edilib. Qlobal orta göstərici 132 robot olduğu halda, Cənubi Koreyada bu rəqəm 1 220-yə çatıb.

Sinqapur 818 robotla ikinci, Almaniya 449 robotla üçüncü, Yaponiya isə 446 robotla dördüncü yerdə qərarlaşıb. İsveç 377, Danimarka 329, Sloveniya 315, ABŞ 307, Tayvan 302 və İsveçrə 294 robotla ilk 10-luğa daxil olub.

ABŞ-da hər 10 min istehsalat işçisinə 307 robot düşüb. Ölkədə sənaye robotlarının sayı 2024-cü illə müqayisədə artıb. 2025-ci ildə ABŞ-da robot quraşdırılması 12% artaraq 38 400 ədədə çatıb.

Çin isə sənaye robotlarının ümumi sayına görə dünyada liderdir. Ölkədə 2024-cü ildə təxminən 2 milyon sənaye robotu fəaliyyət göstərib ki, bu da qlobal robot parkının təxminən 43%-nə bərabərdir. Lakin böyük istehsalat işçi qüvvəsinə görə Çin hər 10 min işçiyə 166 robot göstəricisi ilə reytinqdə 22-ci yerdədir.

Avropa ölkələri də robotlaşmada yüksək göstəricilərə malikdir. Sloveniya 315, Çexiya 216, Slovakiya 210, Macarıstan isə 172 robotla reytinqdə yer alıb. Slovakiyada avtomobil istehsalının yüksək olması sənayedə robotlardan geniş istifadəni şərtləndirən əsas amillərdən biri kimi göstərilir.