Avstraliyanın nəhəng investisiya bankı Macquarie Group, qlobal məlumat emalı mərkəzlərinin (Data Center) genişlənməsi və süni intellekt (AI) infrastrukturuna kapital xərclərinin (CAPEX) kəskin artması fonunda Yaponiyanın yarımkeçirici sənayesini təhlil edib.
Bankın analitiklərinə görə, yarımkeçirici sənayesi 2026–2027-ci maliyyə illəri ərəfəsində yeni və daha böyük bir qlobal investisiya dövrünə qədəm qoyur. Bu fonda Macquarie, birja performansına görə bazarı üstələyəcək (outperform) Yaponiyanın 3 texnologiya liderini elan edib:
1. Renesas Electronics (Avtomobil və AI çipləri nəhəngi)Macquarie bu şirkəti yarımkeçirici cihazlar sahəsində investorlar üçün əsas seçim (top pick) olaraq müəyyən edib. Şirkətin gələcək böyüməsi iki əsas komponentlə bağlıdır:
-
MRDIMM Texnologiyasına Keçid: Serverlərdə mərkəzi prosessorlar (CPU) ilə operativ yaddaş (DRAM) arasında əlaqə yaradan interfeys çiplərinə tələb sürətlə artır. Sənayenin standart DDR5 modullarından növbəti nəsil yüksək sürətli MRDIMM (Multiplexed Rank Dual Inline Memory Module) texnologiyasına keçməsi, Renesas üçün məhsul vahidi üzrə satış qiymətlərini və mənfəət marjasını xeyli yüksəldəcək.
-
PMIC Çipləri: Bazarın ümumi təyinatlı süni intellekt qrafik kartlarından (AI GPU) xüsusi təyinatlı inteqral sxemlərə (AI ASIC) doğru yönəlməsi, server ana platalarında enerjini tənzimləyən PMIC (Power Management IC) çiplərinə olan tələbatı pik həddə çatdırıb. Renesas bu tələbi qarşılamaq üçün istehsal güclərini genişləndirir.
Yarımkeçirici istehsalı avadanlıqları sektoru son illərdə Yaponiyanın digər ənənəvi texnologiya səhmlərini qabaqlamağı bacarıb. Advantest bu trendin mərkəzində yerləşir:
-
Uzun test müddəti: AI prosessorları və mürəkkəb məntiqi yarımkeçiricilər istehsal olunduqdan sonra daha mürəkkəb və uzunmüddətli server sınaq mərhələlərindən keçməlidir.
-
İnvestisiya dövrü: Macquarie hesab edir ki, qlobal çip istehsalçılarının kapital xərclərini artırması Advantest-in test avadanlıqlarına olan sifarişlərini növbəti iki ildə rekord səviyyədə saxlayacaq.
Yarımkeçirici İstehsalı Avadanlıqları (SPE) bazarının qlobal nəhəngi olan Tokyo Electron, qısamüddətli maliyyə hesabatları ilə analitiklərin proqnozlarını üstələməkdə davam edir.
Şirkətin elan etdiyi rəsmi 2026-cı maliyyə ili (Aprel 2025 – Mart 2026) hesabatı fəaliyyət tarixinin ən uğurlu dövrlərindən biri olub.
Macquarie Group-un hesabatı göstərir ki, süni intellekt yarışı təkcə proqram təminatı istehsalçılarını deyil, arxa planda bu infrastrukturu fiziki olaraq quran və təmin edən Yaponiya yarımkeçirici və avadanlıq şirkətlərini növbəti böyük gəlir dalğasına hazırlayır.
MONETAR.AZ