Azərbaycan universitetlərinin QS Dünya Universitetləri Reytinqi 2026 nəticələri açıqlanıb. Son 5 il üzrə (2022–2026) göstəricilərə əsasən, Azərbaycanın 10 ali təhsil müəssisəsi beynəlxalq reytinqdə təmsil olunub.
Məlumata görə, 2026-cı il nəticələrində 3 Azərbaycan universiteti TOP-800, 7 universitet isə TOP-1000 sırasında qərarlaşıb.
Reytinqdə ən yüksək nəticəni Bakı Dövlət Universiteti göstərib. Universitet 2026-cı ildə 565-ci pillədə yer alıb.
Siyahıda digər Azərbaycan universitetlərinin mövqeləri belədir:
- Bakı Dövlət Universiteti– 565-ci yer
- Azərbaycan Dövlət İqtisad Universiteti– 634-cü yer
- Azərbaycan Dövlət Neft və Sənaye Universiteti– 711–720
- Azərbaycan Texniki Universiteti– 801–850
- Xəzər Universiteti– 801–850
- Bakı Mühəndislik Universiteti– 851–900
- Azərbaycan Memarlıq və İnşaat Universiteti– 951–1000
- ADA Universiteti– 1001–1200
- Sumqayıt Dövlət Universiteti– 1001–1200
- Azərbaycan Dövlət Pedaqoji Universiteti– 1201–1400
QS reytinqi dünyanın 100-dən çox ölkəsində 8 mindən artıq ali təhsil müəssisəsini qiymətləndirir. 2026-cı il buraxılışında ümumilikdə 1504 universitet reytinqə daxil edilib.