İrlandiyada işsizlik səviyyəsi iyun ayında 5 faizə yüksəlib

İrlandiyada işsizlik səviyyəsi iyun ayında

Mərkəzi Statistika İdarəsi tərəfindən açıqlanan məlumatlara görə, İrlandiyada işsizlik səviyyəsi iyun ayında 5%-ə yüksəlib. Bu, ölkədə son üç ayın ən yüksək göstəricisi hesab olunur.

İşsizlik səviyyəsi may ayında qeydə alınmış 4,9%-lik göstərici ilə müqayisədə 0,1 faiz bəndi artıb.

Eyni zamanda, iyun ayının nəticəsi ötən ilin müvafiq dövründə qeydə alınmış 4,6%-lik işsizlik səviyyəsini də üstələyib.

MONETAR.AZ