Tesla Almaniyadakı qiqafabrikasında istehsalı artırmaq məqsədilə iyun ayının sonunadək 1000 yeni iş yeri açmağı planlaşdırır. Bu barədə Reuters şirkət nümayəndəsinə istinadən məlumat yayıb.
Qərar, xüsusilə Tesla Model Y modelinə artan tələbatla bağlıdır. Berlin yaxınlığındakı Grünhayde (Grünheide) zavoduna işçi qəbulu may ayında planlaşdırılır.
Bildirilir ki, hazırda müvəqqəti müqavilə ilə çalışan təxminən 500 əməkdaşın bu il ərzində daimi işə keçirilməsi gözlənilir.
Bundan əlavə, 2027-ci ilin birinci yarısında istifadəyə verilməsi planlaşdırılan akkumulyator elementləri istehsalı üçün daha bir neçə yüz yeni əməkdaşın axtarışına başlanılıb.
MONETAR.AZ