Dünya əmtəə bazarında soya qiymətləri son ayların ən aşağı həddinə enib. Soya fyuçersləri fevral ayının əvvəlindən bəri ən zəif səviyyələrdə ticarət olunur və hazırda bir buşel üçün təxminən 12 ABŞ dolları ətrafında dəyişir.
Qiymətlərdəki eniş fonunda investorların diqqəti ABŞ Kənd Təsərrüfatı Departamentinin (USDA) iyunun 30-da açıqlayacağı əkin sahələri və taxıl ehtiyatları ilə bağlı hesabatlara yönəlib. Hesabatların yeni mövsümdə ABŞ-da soya təklifinin həcmi barədə mühüm siqnallar verəcəyi gözlənilir.
Bazar iştirakçıları ABŞ-da soya əkini sahələrinin bir qədər azalacağını ehtimal etsələr də, isti hava şəraiti məhsuldarlıqla bağlı riskləri artırır.
Digər tərəfdən, Çinin soya idxalına olan tələbi bazarın əsas izlədiyi amillərdən biri olaraq qalır. İnvestorlar Pekinin böyük həcmli alışları davam etdirib-etdirməyəcəyini qiymətləndirirlər.
Analitiklərin fikrincə, Çindən gələn tələbin artması qiymətləri dəstəkləyə bilər. Lakin hazırda yüksək ehtiyatlar və bazarda qeyri-müəyyənlik soya qiymətlərinin təzyiq altında qalmasına səbəb olur.
MONETAR.AZ