Qlobal əmtəə bazarlarında son saatlarda həm eniş, həm də artım tendensiyaları qeydə alınıb.
Kənd təsərrüfatı əmtəələri seqmentində ən çox ucuzlaşma kərə yağında müşahidə olunub – qiymət 3,07% azalıb. Pambıq 2,68%, kauçuk isə 2,30% dəyər itirib. Bu kateqoriyada yeganə artım taxta üzrə 1,23%, yulaf üzrə isə 0,75% qeydə alınıb.
Metallar bazarında gümüşün qiymətində kəskin azalma baş verib – 4,09%. Eyni zamanda platin 1,52%, qızıl isə 1,17% ucuzlaşıb.
Enerji bazarında da enmələr üstünlük təşkil edib. WTI markalı xam neft 3,28%, Brent nefti 2,68%, Böyük Britaniya təbii qazı isə 3,11% dəyər itirib. Bununla yanaşı, metanol 1,91%, təbii qaz isə 0,50% bahalaşıb.
MONETAR.AZ