Neft 5 faizdən çox ucuzlaşdı: Brent 86 dollara düşdü

Neft 5 faizdən çox ucuzlaşdı:

Dünya bazarlarında xam neftin qiyməti çərşənbə axşamı kəskin ucuzlaşıb. Qiymətlərin 5 faizdən çox azalması nəticəsində Brent markalı neft təxminən 86 dollar/barel səviyyəsinə düşüb. Bu, 17 apreldən bəri qeydə alınan ən aşağı göstəricidir.

Azalma əsasən Yaxın Şərqdə gərginliyin yumşalması ilə əlaqələndirilir. İsrail və İran qarşılıqlı hücumları dayandırmaq barədə razılığa gəliblər. İsrail Baş naziri Benyamin Netanyahu ölkəsinin hücumları dayandıracağını, lakin yeni hücumlar olacağı təqdirdə cavab veriləcəyini bildirib. İran mediası da oxşar mövqe yayıb.

ABŞ Prezidenti Donald Tramp isə danışıqların son mərhələyə daxil olduğunu və yaxın günlərdə daha aydın nəticələrin əldə oluna biləcəyini açıqlayıb.

Bununla yanaşı, qlobal neft bazarına Çin tələbindəki zəifləmə də təzyiq göstərib. Məlumata görə, Çinin xam neft idxalı ötən ay gündə təxminən 7,8 milyon barrelə düşüb ki, bu da son səkkiz ildən artıq dövrdə ən aşağı göstəricidir.

Tələbin azalması, ABŞ-dən yüksək ixrac və strateji ehtiyatlardan istifadə fonunda qiymətlərin daha da kəskin enişi məhdudlaşdırılıb. Buna baxmayaraq, neft qiymətləri müharibədən əvvəlki səviyyələrdən yüksək olaraq qalır.

MONETAR.AZ