Kriptovalyuta bazarında müsbət dinamika davam edir. Bitcoinin qiyməti 79 000 dollar həddini keçərək gün ərzində 11%-dən çox bahalaşıb.
Məlumata görə, ən populyar kriptovalyutanın qiyməti gün ərzində 79 320 dollaradək yüksəlib. Beləliklə, bitcoin qısa müddətdə iki rəqəmli artım nümayiş etdirərək bazarda yüksəlişin əsas hərəkətverici qüvvəsinə çevrilib.
Kriptovalyutaların ümumi bazar kapitallaşması hazırda 2,51 trilyon dollar təşkil edir. Son 24 saat ərzində bazarda aparılan əməliyyatların ümumi həcmi isə 130 milyard dollar civarındadır.
Bazarın strukturunda bütkoinin üstün mövqeyi qorunub saxlanılır. Onun ümumi kriptobazarındakı payı 59,6%-ə çatır. İkinci ən böyük kriptovalyuta olan eteriumun bazar dominantlığı isə 11,3% səviyyəsindədir.
Eterium da bütkoinin ardınca yüksəliş nümayiş etdirir. Son 24 saat ərzində onun qiyməti 6,85%, son bir həftədə isə 27,5% artıb.
Nəticədə eteriumun qiyməti 2 438,14 dollara, bazar kapitallaşması isə 288,04 milyard dollara yüksəlib.
Beləliklə, əsas kriptovalyutaların eyni vaxtda bahalaşması kriptobazarda alıcı aktivliyinin əhəmiyyətli dərəcədə artdığını göstərir.
MONETAR.AZ