ABŞ və İran arasında hərbi qarşıdurmanın kəskinləşməsi bu gün Asiya sessiyasında dünya neft qiymətləri yüksəlişini davam etdirib. Bazar iştirakçıları Fars körfəzindən neft tədarükünün pozulması və gəmiçiliyin təhlükə altına düşməsi risklərini qiymətləndirərkən Brent markalı neftin qiyməti hər barel üzrə 100 dollar həddinə yaxınlaşıb.
Saat 06:32-yə olan məlumata görə, noyabr tədarüklü Brent fyuçersləri 1,4% bahalaşaraq bir barel üçün 99,32 dollara, West Texas Intermediate (WTI) markalı neftin fyuçersləri isə 1,5% artaraq 94,44 dollara yüksəlib.
WTI markalı neft üçün bu, qiymətlərin ardıcıl yeddinci ticarət sessiyasında yüksəlməsi deməkdir. Hər iki etalon neft markası son həftələrin ən yüksək səviyyələrində ticarət olunur və bazarda geosiyasi risk mükafatının artması qiymətləri dəstəkləməyə davam edir.
MONETAR.AZ