"Coldcard"ın sındırılması fonunda Bitcoin 63 000 dollardan aşağı düşüb

"Coldcard"ın sındırılması fonunda Bitcoin 63 000 dollardan

Kriptovalyuta bazarında satış təzyiqi bu gün də davam edib. "Coldcard" aparat pul kisələrinin sındırılması ilə bağlı narahatlıqlar və sektorun iri şirkətlərinin ikinci rüb üzrə zəif maliyyə nəticələri fonunda Bitcoin 63 000 dollar həddindən aşağı enib.

Saat 10:04-ə olan məlumata görə, Bitcoin son 24 saat ərzində 1% ucuzlaşaraq 62 829,4 dollar səviyyəsində ticarət olunub.

Geosiyasi gərginliyin qismən azalması da bazara ciddi dəstək verə bilməyib. ABŞ prezidenti Donald Trampın Vaşinqtonun həftəsonuna planlaşdırdığı genişmiqyaslı hərbi zərbəni təxirə saldığını və ABŞ ilə İran arasında yeni danışıqlar raundunun bazar ertəsinə planlaşdırıldığını açıqlaması fonunda neft qiymətləri 5%-ə qədər geriləyib.

Bununla belə, ABŞ və İran arasında danışıqların bərpasına dair nikbinlik kriptovalyuta bazarında investor əhval-ruhiyyəsini yaxşılaşdırmaq üçün kifayət etməyib və Bitcoin eniş tendensiyasını davam etdirib.

MONETAR.AZ