“Avtomotoservis” ASC-yə yeni sədr seçiləcək

 “Avtomotoservis” ASC-yə

 “Avtomotoservis” Açıq Səhmdar Cəmiyyəti səhmdarların təkrar çağırılan ümumi yığıncağının keçiriləcəyi barədə məlumat yayıb.

Monetar.az xəbər verir ki, ümumi yığıncaq 9 sentyabr 2026-cı il tarixində saat 12:00-da Bakı şəhəri, Ə. Rəcəbli küçəsi, 1963-cü məhəllədə yerləşən ASC-nin inzibati binasının 3-cü mərtəbəsində baş tutacaq.

Yığıncağın gündəliyinə cəmiyyətin 2025-ci il üzrə maliyyə-təsərrüfat fəaliyyətinə dair hesabatı, maliyyə vəziyyəti və dividendlərin bölgüsü, balansda olan inventarların təsdiqi, həmçinin idarəetmə və nəzarət orqanlarının formalaşdırılması məsələləri daxil edilib.

Belə ki, səhmdarlar müşahidə şurasının yaradılması, sədr və üzvlərin seçilməsi, baş direktorun təyin edilməsi, eləcə də audit komitəsinin yaradılması və üzvlərinin seçilməsi məsələlərini müzakirə edəcəklər.

Yığıncaqda iştirak etmək üçün səhmdarlar şəxsiyyətlərini təsdiq edən sənəd təqdim etməlidirlər. Nümayəndə vasitəsilə iştirak edən səhmdarlar isə qanunvericiliyə uyğun təsdiq edilmiş etibarnamə və şəxsiyyət vəsiqəsi ilə müraciət edə bilərlər.

Səhmdarlardan, həmçinin dividendlərin ödənilməsi ilə bağlı bank hesabları barədə məlumatların təqdim edilməsi xahiş olunur.