Yaşıllıqlar üçün yarım milyonluq qayğı

Yaşıllıqlar üçün

Sumqayıt Şəhər İcra Hakimiyyəti şəhərə aid qəsəbələr, küçələr, yollar və şəhərətrafı ərazilərdə mövcud yaşıllıqların mühafizəsi xidmətinin satın alınması ilə bağlı açıq müsabiqə elan edib.

Müsabiqənin ehtimal olunan qiyməti 449 min 839,60 manat təşkil edir. Təkliflərin son təqdim olunma tarixi 25 avqust 2026-cı il saat 15:00 müəyyənləşdirilib. Zərflərin açılışı da həmin gün və saatda keçiriləcək.

Satınalma çərçivəsində 1 milyon 143 min 538,5 kvadratmetr ərazidə dezinseksiya, 1 milyon 938 min kvadratmetr ərazidə isə dezinfeksiya xidmətlərinin göstərilməsi nəzərdə tutulur.

Müsabiqə Sumqayıt şəhərinə aid qəsəbələrdə, küçə və yollarda, eləcə də şəhərətrafı ərazilərdə yaşıllıqların mühafizəsi və sanitar vəziyyətinin yaxşılaşdırılması məqsədi daşıyır. 

MONETAR.AZ