2026-cı ilin yanvar-iyun aylarında avtonəqliyyat vasitələrinin sığortasında həm yığımlar, həm də ödənişlər artsa da, zərərlilik göstəricisi əhəmiyyətli dərəcədə yüksəlib.
Monetar.az xəbər verir ki, hesabat dövründə bu növ sığorta üzrə sığorta haqları 33,5 milyon manatdan 34,9 milyon manata çatıb. Sığorta ödənişləri isə 14 milyon manatdan 19 milyon manata yüksəlib.
Nəticədə zərərlilik göstəricisi ötən ilin ilk yarısındakı 41,8 faizdən 54,5 faizə qalxıb.
Yüklərin nəqliyyat sığortasında isə bu göstərici 1,3 faizdən 11,9 faizə yüksəlib.