Bakıda fəaliyyət göstərən 51 və 118A nömrəli marşrutlar üzrə istismar olunan avtobuslar yenilənir.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) məlumatına görə, avqustun 4-dən etibarən “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzini Xətai rayonunun Polad Həşimov küçəsi ilə birləşdirən 51 nömrəli, eləcə də “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi ilə Zabrat qəsəbəsini əlaqələndirən 118A nömrəli marşrutlarda sərnişinlərə CNG (sıxılmış təbii qaz) texnologiyası ilə işləyən müasir “King Long” markalı avtobuslar xidmət göstərəcək.
Bildirilib ki, hər iki marşrut üzrə ödəniş yalnız nağdsız qaydada həyata keçiriləcək. Gedişhaqqı isə 0,60 manat müəyyən olunub.