“Bakı Beynəlxalq Dəniz Limanı” gəmilər üçün ehtiyat hissələri alır

“Bakı Beynəlxalq Dəniz Limanı” gəmilər üçün

 “Bakı Beynəlxalq Dəniz Limanı” Məhdud Məsuliyyətli Cəmiyyəti gəmilər üçün ehtiyat hissələrinin satın alınması məqsədilə açıq tender elan edib.

Monetar.az xəbər verir ki, tender AZCON-un idarəetməsinə verilmiş dövlət müəssisələri, dövlət payı olan təsərrüfat cəmiyyətləri və publik hüquqi şəxslər tərəfindən məhsulların (mal, iş və xidmətlərin) vahid satın alınması qaydalarına uyğun olaraq keçirilir.

Müsabiqədə iştirak etmək istəyən şəxslər tenderlə bağlı əlavə sənədləri və ətraflı məlumatı “Bakı Beynəlxalq Dəniz Limanı”nın rəsmi internet səhifəsinin elanlar bölməsindən əldə edə bilərlər.

Təkliflərin təqdim edilməsi üçün son tarix 17 avqust 2026-cı il saat 16:00-dək müəyyən edilib. Göstərilən vaxtdan gec təqdim olunan təkliflər açılmadan geri qaytarılacaq.