"Regional Su Meliorasiya Xidməti" publik hüquqi şəxsi Bərdə rayonu, Zümürxan kəndində yerləşən 2 min kubmetr tutumlu su anbarının əsaslı təmiri işlərinin satın alınması məqsədilə açıq müsabiqə elan edib.
Müsabiqənin ehtimal olunan dəyəri 550 min manat təşkil edir. Təkliflərin qəbulu 28 avqust 2026-cı il saat 17:00-dək davam edəcək. Zərflərin açılışı da həmin tarixdə və saatda keçiriləcək.
Satınalma mülki mühəndislik işləri üzrə həyata keçiriləcək və Bərdə rayonunun Zümürxan kəndində yerləşən 2 min kubmetr tutumlu su anbarının əsaslı təmirini əhatə edir.
Monetar.az