Ferrari ilk elektromobilinin illik satış planını yerinə yetirib

Ferrari ilk elektromobilinin illik satış planını

Ferrari ilk tam elektrik avtomobili olan Luce modeli üzrə bu il üçün nəzərdə tutulan satış planını vaxtından əvvəl icra edib. Financial Times-ın məlumatına görə, buna əsasən Çindən gələn yüksək tələbat səbəb olub.

Lüks idman avtomobilləri istehsalçısı 2026-cı ildə Luce modelindən 500 vahiddən bir qədər az satış həyata keçirməyi planlaşdırırdı.

550 min avro (təxminən 626 min dollar) qiymətləndirilən Luce dördqapılı, beşyerlik elektrik avtomobilidir. Model Ferrarinin ənənəvi alçaq kuzovlu və daxiliyanma mühərrikli idman avtomobillərindən əhəmiyyətli dərəcədə fərqləndiyi üçün təqdim olunduğu gündən bazarın diqqət mərkəzindədir.

Xüsusilə Çin bazarında müşahidə olunan yüksək maraq şirkətə illik satış hədəfini planlaşdırıldığından daha tez yerinə yetirməyə imkan verib.

MONETAR.AZ