2026-cı ilin yanvar–may aylarında Azərbaycandan Qırğızıstana 25,57 milyon ABŞ dolları dəyərində məhsul ixrac olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,8 dəfə və ya 20,29 milyon dollar çoxdur.
Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) açıqladığı məlumatda bildirilir.
Hesabat dövründə Azərbaycana Qırğızıstandan idxalın dəyəri isə 3,40 milyon dollar təşkil edib. Bu göstərici illik müqayisədə 4,6 dəfə və ya 12,12 milyon dollar azalıb.
DGK-nın məlumatına əsasən, 2026-cı ilin ilk beş ayında Qırğızıstana ixrac Azərbaycanın ümumi ixracının 0,16%-ni, bu ölkədən idxal isə ümumi idxalın 0,04%-ni təşkil edib.