ABŞ-ın rüsum qərarı Kanada ilə münasibətləri gərginləşdirdi

ABŞ-ın  rüsum qərarı Kanada ilə

Kanada hökuməti ABŞ-la ticarət gərginliyinin dərinləşməsinin qarşısını almaq məqsədilə Vaşinqtonda danışıqları intensivləşdirib. ABŞ ticarət naziri ilə əlaqələrə cavabdeh nazir Dominik LeBlan və baş danışıqlarçı Janis Şaret bu həftə amerikalı rəsmilərlə görüşlər keçirəcəklər.

Monetar.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp administrasiyası avqustun 19-dan etibarən təxminən 20 milyard dollar dəyərində Kanada məhsullarına 50 faiz gömrük rüsumu tətbiq etməyi planlaşdırır. Rüsumların süd məhsulları, avtomobil sənayesi və ABŞ spirtli içkilərinə tətbiq olunan məhdudiyyətlərlə əlaqədar olduğu bildirilir.

Kanadanın Baş naziri Mark Karni ölkəsinin bütün mümkün variantları nəzərdən keçirdiyini və ABŞ rüsumları qüvvəyə minərsə, cavab tədbirlərinin də gündəmdə olduğunu bildirib.

 ABŞ-ın iri həmkarlar ittifaqları da Vaşinqtonun bu addımını tənqid edərək, əsas ticarət məhdudiyyətlərinin Kanada kimi müttəfiqlərə deyil, Çinə qarşı yönəldilməsinin daha məqsədəuyğun olduğunu vurğulayıblar.

 Donald Tramp isə ABŞ-ın Kanada və Meksikadan daha az asılı olduğunu bildirərək, Şimali Amerika Azad Ticarət Sazişinin (USMCA) yenidən nəzərdən keçirilməsinə müsbət yanaşdığını açıqlayıb.