2026-cı ilin yanvar–iyun aylarında “Azəralüminium” MMC 98,3 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 31,3 milyon dollar və ya 46,7% çoxdur.
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın iyul sayında məlumat verilib.
Qeyd edək ki, 2025-ci ilin ilk altı ayında “Azəralüminium” MMC-nin ixrac gəlirləri 67 milyon ABŞ dolları təşkil etmişdi.
Beləliklə, şirkətin ixrac gəlirləri illik müqayisədə təxminən 47% artaraq 98,3 milyon dollara yüksəlib.