ABŞ-ın ÜDM-i ikinci rübdə 1,5 faiz artıb

ABŞ-ın ÜDM-i ikinci rübdə

ABŞ İqtisadi Təhlil Bürosunun açıqladığı ilkin məlumatlara görə, ölkə iqtisadiyyatı 2026-cı ilin ikinci rübündə illik hesabla 1,5% artıb.

Açıqlanan nəticə bazar gözləntilərindən zəif olub. Analitiklər ÜDM artımının birinci rübdə qeydə alınan 2,1%-lik səviyyəni qoruyacağını proqnozlaşdırırdılar.

Eyni zamanda, iyun ayında başa çatan rüb üzrə əsas şəxsi istehlak xərcləri indeksi (Core PCE) də gözləntilərdən aşağı olub. Göstərici birinci rübdəki 4,4%-dən 3,4%-ə enərək bazarın 3,5%-lik proqnozunu üstələməyib.

Ərzaq və enerji qiymətlərini istisna edən Core PCE Federal Ehtiyat Sistemi (FED) tərəfindən inflyasiyanın qiymətləndirilməsində əsas göstəricilərdən biri hesab olunur. İndeksdə müşahidə olunan zəifləmə inflyasiya təzyiqlərinin müəyyən qədər azaldığını göstərir.

MONETAR.AZ