Fransada 700-dən çox supermarketin soyuducu və dondurucu sistemlərinə kiberhücum edilib. Nəticədə tonlarla ərzaq məhsulunun yararsız hala düşdüyü bildirilir.
Monetar.az xəbər verir ki, hücumdan E.Leclerc, Carrefour, Intermarché, Monoprix və Coopérative U şəbəkələrinin mağazaları zərər çəkib. Bəzi soyuducularda temperaturun kəskin yüksəldiyi, ayrı-ayrı hallarda isə avadanlıqların yanğınla üzləşdiyi qeyd olunur.
İlkin ehtimala görə, hücum köhnəlmiş soyuducu avadanlıqlardakı təhlükəsizlik boşluqlarından istifadə edilməklə həyata keçirilib. Fransanın Milli Kibertəhlükəsizlik Agentliyi hadisəni araşdırır. Hücumun təşkilatçıları hələ müəyyən edilməyib. Bəzi Avropa mediası hadisəni Rusiyanın mümkün hibrid hücumları ilə əlaqələndirsə də, bu iddia təsdiqlənməyib.
Oxşar hücum 2022-ci ildə Rusiyanın “Selyatino” aqro-logistika kompleksində də qeydə alınıb. Hakerlər 40 min ton ət və balıq məhsulunun saxlandığı anbarların temperaturunu dəyişməyə çalışsalar da, müdaxilə vaxtında aşkarlanıb və məhsullar qorunub.