"Aqrarkredit" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının balansında olan daşınmaz əmlak bu gün keçiriləcək hərracda satışa çıxarılacaq.
Hərrac saat 10:00-da Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20) təşkil olunacaq.
Satışa çıxarılan əmlak Bakı şəhəri, Yasamal rayonu, Yamac küçəsi, 2-ci döngə, giriş 55 ünvanında yerləşən fərdi yaşayış evidir. Əmlakın torpaq sahəsi 0,0156 hektar, ümumi tikili sahəsi isə 242,8 kvadratmetr təşkil edir.
Daşınmaz əmlakın start qiyməti 1 milyon 300 min manat, hərracda iştirak üçün tələb olunan beh məbləği isə 6 min 500 manatdır.
MONETAR.AZ