2026-cı ilin yanvar-avqust aylarında Azərbaycana 7,86 min ton dondurulmuş iribuynuzlu mal-qara əti idxal edilib. Bu məhsulun idxal dəyəri 32,5 milyon dollar təşkil edib.
Monetar.az xəbər verir ki, xarici ticarət statistikasına əsasən, hesabat dövründə ölkəyə gətirilən dondurulmuş mal ətinin bir tonunun orta gömrük dəyəri təxminən 4 137 dollar olub.
Eyni dövrdə Azərbaycana 20,1 min ton ev quşlarının əti və qida üçün yararlı ət məhsulları idxal edilib. Bu idxalın ümumi dəyəri 32,4 milyon dollar təşkil edib. Beləliklə, idxal olunan quş ətinin həcmi dondurulmuş mal ətinin həcmindən təxminən 2,6 dəfə çox olub.
Donuz əti idxalı 1,34 min ton, dəyəri isə 3,37 milyon dollar təşkil edib. Qoyun və keçi ətinin idxalı 160,6 ton, dəyəri 657,4 min dollar olub.