“SİNTAX” Qapalı Səhmdar Cəmiyyəti təşkilati-hüquqi formasını dəyişərək Məhdud Məsuliyyətli Cəmiyyətə çevrilir.
Monetar.az xəbər verir ki, şirkətin yenidən təşkili ilə əlaqədar dövriyyədə olan 20 ədəd adi, adlı, sənədsiz səhm dövriyyədən çıxarılır.
Səhmlərin hər birinin nominal dəyəri 100 manat, ümumi nominal dəyəri isə 2 000 manat təşkil edir.
Şirkətin VÖEN-i 1502568721-dir. Yenidən təşkil prosesi başa çatdıqdan sonra müəssisə fəaliyyətini Məhdud Məsuliyyətli Cəmiyyət kimi davam etdirəcək.