Dövlətin müsadirə etdiyi mallar satışda

Dövlətin müsadirə etdiyi

Bu gün Əmlak Xidmətləri Məkanında dövlət mülkiyyətinə keçirilmiş malların satışı üzrə 2 gömrük hərracı keçiriləcək.

Saat 10:30-da başlayacaq hərracda dekorativ mərmər "partlama daşlar", müxtəlif ölçülü keramoqranitlər, "Dehbid", "Pietra" və "Silver" mərmər daşları, həmçinin keramika yapışdırıcıları satışa çıxarılacaq. Lotların start qiyməti 1 955,63 manatdan 25 110 manata qədər dəyişir.

Saat 11:00-da təşkil olunacaq digər hərracda isə Çində istehsal olunmuş müxtəlif ölçü və formalı rezin və parça ayaqaltıları satışa çıxarılacaq. Bu hərracda təqdim olunan yeddi mövqenin ümumi start qiyməti 41 547,34 manat təşkil edir. Hərracda iştirak üçün tələb olunan beh məbləği 2 077,37 manat, iştirak haqqı isə 207,74 manatdır.

Hər iki hərrac Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi 20 ünvanında yerləşən Əmlak Xidmətləri Məkanında keçiriləcək.

Satışa çıxarılan mallarla hərracdan əvvəl tanış olmaq mümkündür. Bunun üçün iştirakçılar start qiymətinin 5 faizi həcmində behi və 0,5 faiz iştirak haqqını ödəyərək sifariş verməlidirlər. 

Qeyd edilib ki, ayaqaltıları əhatə edən mallar 5-ci dəfə qiyməti 50 faiz endirilməklə, tikinti materialları isə 4-cü dəfə qiyməti 25 faiz azaldılmaqla təkrar hərraca çıxarılır.

MONETAR.AZ