Dövlət mülkiyyətinə keçirilmiş malların növbəti gömrük hərracı 2026-cı il iyulun 9-da saat 11:00-da keçiriləcək.
Hərrac Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi 20 ünvanında yerləşən Əmlak Xidmətləri Məkanında təşkil olunacaq.
Hərraca ümumilikdə iki nəqliyyat vasitəsi çıxarılacaq. Satışa çıxarılan əmlaklar:
- "MAN" markalı yük avtomobili – ilkin satış qiyməti 10 000 manat, beh məbləği 500 manat, iştirak haqqı 50 manat.
- "Lincoln Aviator" markalı, 5LMEU78HX3ZJ52695 ban nömrəli minik avtomobili – ilkin satış qiyməti 3 000 manat, beh məbləği 150 manat, iştirak haqqı 15 manat.
Qanunvericiliyə əsasən, gömrük orqanlarının və Dövlət Gömrük Komitəsinin tabeliyində olan qurumların əməkdaşları, eləcə də onların ailə üzvləri dövlət mülkiyyətinə keçirilmiş malları birbaşa və ya dolayısı ilə əldə edə bilməzlər.
MONETAR.AZ