Mazımqara gömrük məntəqəsi yenilənir – 11 milyon manatlıq tender

 Mazımqara gömrük məntəqəsi yenilənir –

Azərbaycan Dövlət Gömrük Komitəsi Mazımqara dövlət sərhədindən buraxılış məntəqəsində infrastrukturun yenilənməsi ilə bağlı tender elan edib.

Monetar.az xəbər verir ki, tender çərçivəsində binalarda cari və əsaslı təmir işlərinin görülməsi, həmçinin piyada və sərnişin keçidinin tikintisi nəzərdə tutulur.

Satınalmanın ehtimal olunan qiyməti 10 milyon 822 min 314,54 manatdır.

Tenderin müsabiqə nömrəsi 2026/AT/04303/V1, təsnifat kodu isə 72101500 – Binalara cari və əsaslı təmir işləridir.

Təkliflərin təqdim edilməsi üçün son tarix 14 oktyabr 2026-cı il, saat 17:30 müəyyən edilib. Tender təkliflərinin açılışı da həmin gün saat 17:30-da keçiriləcək.