15 nəqliyyat vasitəsi hərraca çıxarılır – qiymətlər 2500 manatdan başlayır

 15 nəqliyyat vasitəsi hərraca çıxarılır –

Bu gün  Azərbaycanda 15 nəqliyyat vasitəsi hərraca çıxarılacaq. Hərrac saat 10:00-da keçiriləcək və satışa müxtəlif dövlət qurumlarının balansında olan avtomobillər çıxarılacaq.

Monetar.az xəbər verir ki, hərraca çıxarılan nəqliyyat vasitələrinin start qiymətləri 2 500 manatdan 18 000 manatadək dəyişir.

Ən aşağı start qiyməti 2002-ci il istehsalı Nissan Maxima avtomobilinə müəyyən edilib. Avtomobil 2 500 manatdan hərraca çıxarılacaq. 2007-ci il istehsalı Peugeot Partner yük avtomobilinin start qiyməti 4 000 manat, 2008-ci il istehsalı Peugeot Partner minik avtomobilinin start qiyməti isə 4 500 manatdır.

Hərracda 2008-ci il istehsalı Chevrolet Niva 4 000 manat, 2006-cı il istehsalı Nissan Maxima 4 500 manat, 2019-cu il istehsalı Changan Reaton isə 5 000 manat start qiyməti ilə təklif olunacaq.

Daha yeni avtomobillər arasında 2014-cü il istehsalı Volkswagen Passat 9 500 manat, 2013-cü il istehsalı Hyundai Equus 13 000 manat, 2008-ci il istehsalı Mitsubishi L200 avtomobilləri isə 9 600 və 10 400 manat start qiyməti ilə satışa çıxarılacaq.

Hərracda 2011-ci il istehsalı iki Land Rover avtomobilinin hər birinin start qiyməti 18 000 manat müəyyən edilib. Bundan başqa, 2006-cı il istehsalı Hyundai H-1 mikroavtobusu 8 000 manatdan təklif olunacaq.

Nəqliyyat vasitələri arasında 2010-cu il istehsalı soyuducu maşın, həmçinin müxtəlif avadanlıqlar da yer alır.

Hərracda iştirak üçün 10 faiz məbləğində beh ödənilməlidir. Beləliklə, 2 500 manatlıq avtomobil üçün beh 250 manat, 18 000 manatlıq avtomobil üçün isə 1 800 manat təşkil edir.