Şirkətdə illik yığıncaq keçiriləcək – gündəlik açıqlandı

Şirkətdə illik yığıncaq keçiriləcək –

“Ağbulaq-88” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.

Monetar.az xəbər verir ki, yığıncaq 7 noyabr 2026-cı il saat 11:00-da Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 13 nömrəli mədən ünvanında baş tutacaq.

Yığıncağın gündəliyinə 2025-ci il üzrə cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinə dair hesabatın müzakirəsi və təsdiqi, eləcə də cari məsələlər daxil edilib.

Səhmdarlar gündəliyə daxil edilməsini istədikləri təklifləri Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 13 nömrəli mədən ünvanına təqdim edə bilərlər.

“Ağbulaq-88” ASC səhmdarları yığıncaqda iştirak etməyə dəvət edir.