“Şəki-Bazar” Açıq Səhmdar Cəmiyyətinin (ASC) səhmdarlarının növbəti illik ümumi yığıncağı dekabrın 29-da keçiriləcək. Yığıncaqda şirkətin 2025-ci il üzrə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri, mənfəəti və səhmdarlara ayrılmış dividendlər müzakirə olunacaq.
Monetar.az xəbər verir ki, ümumi yığıncaq 29 dekabr 2026-cı il saat 11:30-da Şəki şəhəri, S.Rəhman küçəsi 1 ünvanında, cəmiyyətin binasında baş tutacaq.
Yığıncağın gündəliyinə dörd məsələ daxil edilib. İlk olaraq ASC-nin 2025-ci ildəki maliyyə-təsərrüfat fəaliyyətinin yekunları müzakirə olunacaq.
Bundan başqa, 2025-ci ilin maliyyə nəticələrinə dair maliyyə-təftiş komissiyasının hesabatının və mühasibat balansının təsdiqlənməsi nəzərdə tutulur.
İclasda həmçinin 2025-ci ilin yekunlarına əsasən mənfəətdən səhmdarlara ayrılmış dividendlər barədə məlumat veriləcək və digər məsələlərə baxılacaq.